DİQQƏT! Bu kompüterlərə aktiv şəkildə kiberhücumlar edilir

Hakerlər “Windows 7” əməliyyat sistemi ilə çalışan kompüterlərə kiberhücumlar reallaşdırmağa başlayıb.

Yenicag.az xəbər verir ki, Webroot şirkəti sözügedən əməliyyat sistemi vasitəsilə çalışan kompüterlərə edilən kiberhücumların rekord sayını müşahidə edib.

Tədqiqat zamanı şirkətin analitikləri 37 milyard linki, 842 milyon domeni, 4 milyard IP ünvanı və 31 milyon mobil tətbiqi analiz ediblər. Təqdim edilmiş hesabata əsasən analiz edilmiş zərərli proqram təminatlarının 93.6%-i məhz Windows 7 əməliyyat sisteminə yönləndirilib. Bu isə bütün tədqiqat tarixi ərzində rekord göstərici olub. Köhnəlmiş “Windows” versiyaları üçün olan exploitlərin say artımı göstəricisi 360% təşkil edib. Onlardan çoxu isə “Windows 7″nin üzərinə düşür.

Bundan əlavə olaraq qeyd edilib ki, zərərli proqram təminatı ilə yoluxmuş cihazlara sahib sıravi istifadəçilərin sayı 2 dəfə artıb. Zərər çəkmiş kompütelərin 35%-i 2 və ya daha artıq halda virusa yoluxub. 10%-i isə 6 dəfədən daha çox halda virusla qarşılaşıb. Mütəxəssislərin sözlərinə əsasən Microsoft şirkətinin rəsmi şəkildə Windows 7-nin dəstəyini dayandırmasını və bu əməliyyat sistemi üçün bundan sonra təhlükəsizlik yenilənmələrinin təqdim edilməyəcəyini nəzərə alaraq gələcəkdə vəziyyət daha da pis ola bilər.

Qeyd edək ki, keçən ay “Microsoft” şirkəti “Windows 7” əməliyyat sisteminin dəstəyini rəsmi olaraq dayandırmışdı. Bir neçə həftədən sonra isə istifadəçilər texniki problemlər və şirkətin “Windows 10″a kimi yenilənmə təklifini əks etdirən bildirişlər ilə qarşılaşdılar./technote/

COP29