Diqqət! Bu küçədə rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Yenicag.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bu üzdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.