DİQQƏT! Bu küçələrdə hərəkətə məhdudiyyət qoyulacaq

Bakının Kövkəb Səfərəliyeva və Üzeyir Hacıbəyli küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, saat 23:00-dan etibarən Kövkəb Səfərəliyeva və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində aparılacaq qazıntı işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq ediləcək.
Sürücülərə qeyd olunan istiqamət üzrə hərəkət etdikləri zaman diqqətli olmalarını tövsiyə edilir.