DİQQƏT! Bu marşrut avtobusunun hərəkət sxemi dəyişdirildi

Bakıda yolda aparılan təmir səbəbindən 24 saylı avtobusun hərəkət sxemi dəyişdirilir.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, Əliyar Əliyev küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır.

“Bu səbəbdən 24 nömrəli marşrutun N.Nərimanov m/st-dan Bakıxanov qəsəbəsi istiqamətində hərəkət sxemində müvəqqəti dəyişiklik edilərək Təbriz – A.Nemətulla – Y.V.Çəmənzəminli – Ə.Əliyev küçələri ilə təşkil edilib”.