Sabah Bakının Tbilisi prospekti ilə Şəfaət Mehdiyev küçəsinin kəsişməsindən Azər Əliyev küçəsi istiqamətində aparılacaq yenidənqurma işləri ilə bağlı nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dəyişdiriləcək.
Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 2, 6, 13, 37, 65 və 79 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.
Dəyişikliyə əsasən:
2 nömrəli marşrut (S.Vurğun bağı istiqamətində): Tbilisi pr. (“Grand Hayat” yaşayış kompleksinin qarşısından geriyə dönmə) – Ə.Salamzadə küç. (kənar yol) – C.Məmmədquluzadə küç. – Abbasqulu ağa Bakıxanov küç. – Cəfər Cabbarlı küç. daha sonra öz xətti üzrə;
6 nömrəli marşrut (“Azadlıq prospekti” m/st istiqamətində): İnşaatçılar pr. – N.Nərimanov küç. – A.Şaiq küç. – İzmir küç. – Tbilisi pr. daha sonra öz xətti üzrə;
13 nömrəli marşrut (“Koroğlu” m/st istiqamətində): Tbilisi pr. (“Grand Hayat” yaşayış kompleksinin qarşısından geriyə dönmə) – Ə.Salamzadə küç. (kənar yol) – C.Məmmədquluzadə küç. – Ak.H.Əliyev küç. daha sonra öz xətti üzrə;
37 nömrəli marşrut (“İçərişəhər” m/st istiqamətində): Tbilisi pr. – Ş.Mehdiyev küç. – Ə.Haqverdiyev küç. – İnşaatçılar pr. – N.Nərimanov küç. daha sonra öz xətti üzrə
65 nömrəli marşrut (Azneft dairəsi istiqamətində): Tbilisi pr. (“Grand Hayat” yaşayış kompleksinin qarşısından geriyə dönmə) – Ə.Salamzadə küç. (kənar yol) – C.Məmmədquluzadə küç. – H.Ələsgərov küç. – Tbilisi pr. – Cəfər Cabbarlı küç. daha sonra öz xətti üzrə;
79 nömrəli marşrut (Mərkəzi Bank istiqamətində): Tbilisi pr. (“Grand Hayat” yaşayış kompleksinin qarşısından geriyə dönmə) – Ə.Salamzadə küç. (kənar yol) –C.Məmmədquluzadə küç. – H.Ələsgərov küç. – Tbilisi pr. – Cəfər Cabbarlı küç. daha sonra öz xətti üzrə;