“Samsung” şirkətinin istehsalı olan mobil telefonlarda böyük xəta aşkarlanıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, telefon yaddaşında olan fotoları səhvən başqalarına göndərir. Bu problemlə üzləşən istifadəçilər fotoların telefonda nömrəsi qeydiyyatda olan şəxslərə göndərildiyini bildirirlər.
“Samsung Galaxy S9” və “Samsung Galaxy Note 8” modellərində üzə çıxmış bu nasazlıq nəticəsində bəzən fotolarla yanaşı istifadəçinin olduğu məkan da səhvən başqalarına göndərilir.
Qeyd edək ki, bunun qarşısını almaq üçün sözügedən modellərdə “Samsung Messages”in deaktiv edilməsi tövsiyə olunur.