Diqqət: Bu mobil tətbiqləri yükləməyin!

Aparılan araşdırmalar bəzi mobil tətbiqlərin telefonlara ciddi ziyan vurduğunu sübut edib.

Yenicag.az xəbər verir ki, ilk növbədə telefonlarınızdan çoxlu məlumat istəyən tətbiqlərdən uzaq olun. Çünki onların əsas məqsədi şəxsi məlumatları oğurlayıb, satmaqdır. Telefonunuzun yaddaşında olan proqramları bəyənməyə bilərsiniz, amma onlara alternativ axtararkən çox diqqətli olmaq lazımdır.

Ən riskli, ancaq istifadəçilər tərəfindən tez-tez endirilən tətbiqlər bunlardır:

  1. Fanarlar – yuxarıda qeyd etdiyimiz kimi, bu funksiya onsuzda bir sıra telefonlarda mövcuddur. Əlavə endirilən fanar proqramı telefonun enerjisini kəskin azaldır.
  2. Klaviaturalar – əgər telefonunuzun klaviaturasını bəyənmirsinizsə, “G-Board”ı yükləyə bilərsiniz. Digər klaviaturalar isə yazdıqlarınızı yaddaşda saxlayır.
  3. Pulsuz oyunlar – Keyfiyyətsiz oyunlar sizə tez-tez reklamlar göstərməklə həm əsəblərinizi korlayacaq, həm də məxfi məlumatlarınızı təhlükəyə atacaq.
  4. Antiviruslar – telefonunuzun “təhlükəsizliyi” üçün yaradılmış bu proqramlarlar telefonunuzu məhv etmək üçün hazırlanıb. Onsuzda İOS və Androidlərdə özünün mühafizəsi var.
  5. Onlayn endirim və mağazalar – bu proqramlar isə sizin nələri aldığınızı yaddaşa yazaraq daha donra buna uyğun reklamlar çıxarır. Xüsusilə də, bank hesabınızın şifrəsini istəyən tətbiqlərdən uzaq olun.