Gündəlik həyatda tərəddüd etmədən qəbul etdiyimiz bəzi qidalar ciddi xəstəliklərə və hətta ölümə səbəb olur.
Yenicag.az xəbər verir ki, “Food and Drug Administration” jurnalı ölümcül risk daşıyan qidaların siyahısını hazırlayıb. Bildirilib ki, siyahıda adı olan məhsullar bakteriyaların inkişafı üçün əlverişli qidalardır. Buna görə də, sağlam qida hesab etdiyimiz bir çox məhsul bəzi hallarda ən təhlükəli maddələrə çevrilə bilir.
Yumurta: “Salmonella” kimi bakterial xəstəliklərə səbəb olan yumurtanı çox yaxşı bişirmək və sərin yerdə mühafizə etmək lazımdır.
Yer fısdığı: Qida allergiyalarından qaynaqlanan ölüm hallarında ilk sırada yer fısdığı dayanır. Hətta bu quru meyvəyə allergiyası olmayanlarda belə bəzi fəsadlar üzə çıxa bilir.
Sosis: Amerika Uşaq Xəstəlikləri Akademiyasının araşdırmasına əsasən, 10 yaşdan kiçik uşaqların qidadan boğulma hallarının ən azı 20%-i məhz sosisdən qaynaqlanır.
Göbələk: Bəzi növ göbələklərin qəbulu zəhərlənmə və ölümlə nəticələnir.
Qəhvə: Qəhvənin insanlarda yuxusuzluq yaratdığı hamıya məlum olsa da, bir çoxları onun orqanizmdəki maye səviyyəsini aşağıya saldığını bilmir. Məhz bu xüsusiyyət qəhvəni ölümcül təhlükəsi olan içkiyə çevirir.
Bəzi göyərtilər: Gül kələmi, ispanaq, quzu qulağı kimi bitkilər yaxşı yuyulmadıqda bakteriyaların sevimli məskəninə çevrilir. Sadalanan məhsullar bakterial xəstəliklərə səbəb olur.