DİQQƏT: Bu rayonda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu gündən başlayaraq sabah saat 22:00-a qədər Bakının Binəqədi rayonunun “Baksol” yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, buna səbəb aparılacaq təmir işləridir.

Agentlik sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.