DİQQƏT: Bu rayonlarda qaz KƏSİLƏCƏK

“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissəsində yaranmış və müvəqqəti qarşısı alınmış qaz sızmalarının ləğvi məqsədilə, 13.09.2022-ci il tarixdə saat 08:30-dan etibarən “İmişli” və “Otuzikilər” QPS-lərdən qaz təchizatının dayandırılması və təmir işlərinin aparılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə İmişli rayonunun (tam olaraq), Cəbrayıl rayonundan məcburi köçkün düşmüş sakinlərin Biləsuvar rayonu ərazində kompakt yaşadığı 11 qəsəbənin, Saatlı rayonunun Məzrəli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

COP29