!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏT! Bu şəxslərin maaşları artırıldı

!Reklam – Yazi

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:

Sıra №-si, Vəzifələrin adı, Aylıq vəzifə maaşı (manatla)
1. Baş direktor, direktor – 960
2. Baş direktorun birinci müavini – 865
3. Baş direktorun müavini, direktorun müavini – 770
4. Şöbə rəisi, elmi işlər fondunun müdiri, baş mühasib – 650
5. Bölmə rəisi – 610
6. Baş hüquq məsləhətçisi, baş mütəxəssis, mülki müdafiə üzrə qərargah rəisi – 570
7. Qeyri-əsas şöbənin rəisi, aparıcı mütəxəssis – 515
8. Mütəxəssis – 460
9. Avtomobil sürücüsü – 320
10. Kompüter operatoru, inspektor, xəzinədar – 295
11. Gözətçi, xadimə – 260
Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.

www.yenicag.az

1441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv