Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Diqqət: Bu xərçəng növləri nəsildən-nəsilə keçir – SİYAHI

Xərçəngin yaranma səbəbləri siyahısında birinci yerdə genetik amillər göstərilir.

Əslində bu bir az ümumi və sübut olunmamış sözdür. Bir xəstəliyin real səbəbi tapılmadıqda çox vaxt yəqin genetikdir deyilir. Amma onkoloqlar həqiqətən də bəzi xərçəng növlərinin ailədən insana və nəsildən nəslə ötürüldüyünü bildirir. Amma bu bütün xərçəng xəstələrində cəmi 10%-dir.

Yenicag.az medicina.az-a istinadən genetik mutasiya edən xərçəng növlərini təqdim edir. Bu siyahını Onkoloji xəstəliklərlə mübarizə Assosiasiyası yayıb.

Bir insanın mədə xərçəngi olması ömür boyu 1-2%-dir. Əgər genetik mutasiyası varsa, bu riski 70% artırır.
Adətən ailəvi,nəsil xərçəngi insanı daha gənc yaşlarda yaxalayır. Əsasən 40-50 yaşında artıq büruzə verir.

Uşaqlarda onkologiya isə çox zaman nəsillə əlaqəli olmur.

Nəsildən keçən onkoloji xəstəliklər : reproduktiv və həzm orqanları sistemini əhatə etməklə 2 qrupa bölünür.
Yəni daha çox süd vəzi, uşaqlıq, yumurtalıq, xaya, prostat, mədə, bağırsaq, mədə altı vəz xərçəngi nəsildən nəslə keçir.

Hazırda tibb məlum təhlükəli mutasiyaları əvvəlcədən göstərən genetik testlər var. Ailəsində, nəslində bu xəstəliyi olanlar bu testlərdən keçib, hansı onkoloji xəstəliyin riskini daşıdığını öncədən bilib, ona uyğun tədbirlər görə bilər.

www.yenicag.az

898
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM