DİQQƏT! Bu yol bağlanır

Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində hərəkət məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a bildirilib ki, məhdudiyyətə səbəb sözügedən yolda aparılacaq təmirdir.
Yanvar ayının 31-dən fevral ayının 1-nə keçən gecədən etibarən sözügedən küçədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçmələri tövsiyə edilib.
COP29