Yanvarın 9-10-da Bakının Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün üzərində, Koroğlu yol qovşağı istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Yenicag.az-a xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) açıqlamasında bildirilir.
“Alternativ olaraq sürücülər prospektin yan yollarından istifadə edə bilərlər. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir”, – deyə qurum bəyan edib.