Sürücülər DİQQƏT! Bu yolda hərəkət məhdudlaşdırılır – AÇIQLAMA

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abşeron rayonu, Saray qəsəbəsi Heydər Əliyev prospektində bu gündən başlayaraq hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

A.Nəcəfli sürücülərə səslənib:

“Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Bu üzdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyyə olunur”.

Cəvahir