Diqqət: Bu yolda qəza tıxac yaratdı

Bir qədər əvvəl Q.Qarayev prospekti 8-ci km bazarının qarşısı (“Əhmədli” m/st. istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Qəza səbəbindən hadisənin baş verdiyi ərazidə sıxlıq müşahidə olunduğu bildirilib.