Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Binəqədi rayonu, 20 Yanvar küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə Yenicag.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.
Sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.