Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Yenicag.az-a verilən məlumata görə, bu səbəbdən də əksər istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.
Heydər Əliyev prospekti – köməkçi yolda Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən başlayaraq şəhər istiqamətində Heydər Əliyev Mərkəzinədək;
A.Salamzadə küçəsi – Z.Bünyadov prospekti istiqamətində;
Koroğlu Rəhimov küçəsi – Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində;
Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində;
Z.Bünyadov prospekti – 20 yanvar dairəsi istiqamətində Atatürk prospekti ilə kəsişməyədək;
Afiyəddin Cəlilov küçəsi – sıxlıq;
Babək prospekti – Yusif Səfərov prospekti istiqamətində.