Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİQQƏT! Bu yollarda sıxlıq var - Avtobuslar gecikir / FOTO

Hazırda paytaxtın əksər küçə və prospeklərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən xəbərə görə, sxlıq səbəbindən əksər istiqamətlər üzrə müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

Hazırda sıxlıq olan küçə və prospektlər:

1. Ziya Bünyadov prospekti – Əsas yol – (Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq,Bakı Polad Zavodunun qarşısı da daxil,eyni zamanda,Çermet körpüsü üzərindən,20 Yanvar dairəsi istiqamətində)

2. Üzeyir Hacıbəyli küçəsi – (Cavanşir körpüsünün üzərindən,Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər,Hökumət Evi istiqamətində və eyni zamanda Azadlıq prospekti ilə kəsişmədən,Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər)

3. Afiyəddin Cəlilov küçəsi – (Cavanşir körpüsünün üzərindən,Hökumət Evi istiqaməti)

4. Tbilisi prospekti – (Hər iki istiqamət, Şəhər mərkəzi istiqaməti – Əsas yol,Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər və Rövşən Cəfərov küçəsi ilə kəsişmə olan hissəsi də daxil, 20 Yanvar dairəsi istiqaməti)

5. Azadlıq prospekti – (Sahib Zeynalov küçəsi ilə kəsişmədən,Salatın Əsgərova küçəsi ilə kəsişməyə qədər olan hissəsi)

6. 28 May küçəsi (A.Puşkin küçəsi ilə kəsişmədən sonra,Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər)

7. Abbasqulu ağa Bakıxanov küçəsi (Səməd Vurğun küçəsi ilə kəsişməyə qədər,Türkiyə səfirliyi istiqaməti)

8. Yusif Səfərov küçəsi – (Xocalı prospekti ilə kəsişmədən başlayaraq,Heydər Əliyev prospekti – Kənar yol istiqaməti)

9. Xocalı prospekti – (Yusif Səfərov küçəsi istiqamətində)

10. Salatın Əsgərova küçəsi – (Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən,Azadlıq prospekti ilə kəsişməyə qədər olan hissəsi)

11. Həsən bəy Zərdabi prospekti – (20 Yanvar dairəsinə düşən hissə)

12. Rəşid Behbudov küçəsi (Üzeyir Hacıbəyov küçəsi ilə kəsişmədən,28 May küçəsi ilə kəsişməyə qədər)

13. Gülarə Qədirbəyova küçəsi – (Ş.İ.Xətai prospekti ilə kəsişmə istiqamətində)

14. Heydər Əliyev prospekti – Köməkçi yol – (Şəhər mərkəzi istiqaməti)

15. Cəlil Məmmədquluzadə küçəsi – (Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməyə qədər)

16. Alı Mustafayev küçəsi – Köməkçi yol- (Ziya Bünyadov prospekti istiqamətində)

17. Qara Qarayev prospeklti – (Dakar dairəsi,eyni zamanda,Neftçilər metro stansiyası istiqamətində)

18. Babək prospekti – (Hər iki istiqamətdə,Yeni Günəşli istiqaməti, Nəcəfqulu Rəfiyev küçəsinə qədər – Kənar yol və Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən başlayaraq,Şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində,Əsas yol)

19. Abdulvahab Salamzadə küçəsi – Əsas yol – (Ziya Bünyadov prospekti istiqamətində)

20. Şəmsi Bədəlbəyli küçəsi – (Bülbül prospekti ilə kəsişmədən,Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər,Azadlıq prospekti ilə kəsişmə istiqamətində)

21. Koroğlu Rəhimov küçəsi – (Hər iki istiqamətdə,Gülarə Qədirbəyova küçəsi və Akademik Həsən Əliyev küçəsi istiqamətində)

22. Bülbül prospekti – (Sahil metro stansiyasının qarşısı da daxil olmaqla,Xaqani küçəsi ilə kəsişmədən,Neftçilər prospekti istiqamətində)

23. Süleyman Rüstəm küçəsi – (Sahib Zeynalov küçəsi ilə kəsişmədən,Salatın Əsgərova küçəsi ilə kəsişməyə qədər)

24. Xaqani küçəsi – (Bülbül prospekti ilə kəsişmədən,Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər)

25. M.K.Atatürk prospekti – (Gənclik metro stansiyası istiqamətindən,Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən – Məmməd Araz küçəsi ilə kəsişməyə qədər,Ayna Sultanova heykəli istiqamətində)

26. Alı Mustafayev küçəsi – Əsas yol və Köməkçi yol- (Ziya Bünyadov prospekti istiqamətində)

27. Binəqədi şosesi – (Binəqədi qəsəbəsi istiqamətində)

28. Ağa Nemətulla küçəsi – Əsas yol və Kənar yol – (Hər iki istiqamət,Heydər Əliyev prospekt ilə kəsişmə istiqamətindən başlayaraq və Heydər Əliyev prospekti ilə kəsişmə istiqamətinə doğru).

Loading...

www.yenicag.az

137
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100