DİQQƏT! Bu yollarda sıxlıq var – SİYAHI

Bakı Nəqliyyat Agemtliyi paytaxt ərazisində sıxlıq yaranan avtomobil yollarının siyahısını açıqlayıb.

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, hazırda Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti), Tbilisi prospekti – (A.Salamzadə küçəsi ilə kəsişməyə qədər,Şəhər mərkəzi istiqaməti), Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər,Şəhər istiqamətində), Abbasqulu ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti), Zabrat şosesi – (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Abdulvahab Salamzadə küçəsi – Əsas yol – (Qələbə dairəsindən başlayaraq, Ziya Bünyadov prospekti istiqamətində) sıxlıq müşahidə olunur.

 

Həmçinin Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasının yaxınlığından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində də avtomobillərin hərəkətində sıxlıq var.