DİQQƏT: Bu yollarda sürət həddi endirildi

Hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər.

Qeyd edilir ki, məqsəd yağışlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almaq eləcə də ehtiyatlı olmaq tövsiyə edilir.