Diqqət: Bu yollarda tıxac var

56076Bakının bəzi yollarında avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, hal-hazırda Binəqədi şosesindən şəhər istiqamətində, İnşaatçılar prospektinin, İzmir küçəsindən Statistika dairəsi istiqamətinə və Həsən Əliyev küçəsindən “Asan Xidmət”in qarşısı, Azadlıq prospekti istiqamətinə sıxlıq müşahidə olunur.