!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏT! Bu yoqurtlar TƏHLÜKƏLİDİR – VİDEO

!Reklam – Yazi

“Kiflənməyən yoqurtlar təhlükəlidir”.

Yenicag.az xəbər verir ki, uşaqların sevərək yediyi yoqurt yüksək risq qrupuna aid məhsullardandır. Lazımi şəraitdə saxlanılarsa və normal istehlak olunarsa, problem yaratmaz. Məsələ də burada düyünlənir. Üzərində bir neçə ay, hətta bir il saxlama müddəti göstərilir. Bəs, tərkibi şəkərlə zəngin olan yoqurtu əslində bu qədər müddət saxlamaq doğrudurmu?

Azad İstehlakçılar Birliyinin Sədri Eyyub Hüseynov ARB-yə bildirib: “Əgər yoqurtlarda meyvələrdən istifadə olunubsa onların yararlılıq müddəti daha aşağı olur. Lakin uzun müddət saxlanılan, kiflənməyən yoqurtlar təhlükəlidir”.

Azad İstehlakçılar Birliyinin sədri deyib ki, əksər valideynlər bu məlumatdan xəbərsizdir.

Ən azından mağazalardan yoqurt alarkən onların saxlanma şəraitinə və etiket məlumatlarına xüsusi diqqət yetirmək vacib hesab olunur.

AQTİ-nin Deportament direktoru Aysel Cəlilova: “İstehlakçılarımıza tövsiyəmiz ondan ibarətdir ki, yoqurtu alanda ağzını açdıqdan sonra dərhal istehlak etsinlər. Həmçinin alıb evə gətirən zaman soyuducuya qoysunlar, kənarda saxlamasınlar”.

Mütəxəssislər bu narahatlığa görə yoqurtdan imtina edin demirlər. Ev şəraitində də sağlam qida hazırlamaq mümkündür deyən ekspertlər bunu şübhələrdən qurtulmaq üçün ən rahat yol hesab edirlər.

Kulinarlar ev şəraitində yoqurt hazırlayarkən mütləq bir məqama diqqət yetirməyin vacibliyini vurğulayırlar. Yalnız və yalnız yerli və mövsüm meyvələrində istifadə etmək lazımdır.

www.yenicag.az

5189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv