!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏT! Bunları etsəniz, kartlarınızdan pul oğurlanmayacaq - İT mütəxəssisindən İZAHAT

!Reklam – Yazi

“İnsanlar gərək kibertəhlükəsizlik barəsində oxusunlar, məlumat alsınlar”.

Bunu son zamanlar bank kartlarından oğurluq hallarının artmasına və bu təhlükədən qorunmağın yollarından danışarkən  İT üzrə mütəxəssis Elvin Abbasov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, bütün banklarda təhlükəsizlik kodu olur:

“Əgər istifadəçi tərəfindən yaranan boşluq varsa, yəni öz şifrəsini oğurladıbsa, bu zaman bank heç bir şəkildə məhsuliyyət daşımır. Yox əgər bankın texniki problemi ilə yanaşı ona hücum edilirsə, bu bankın problemi hesab olunur. Ümumiyyətcə, bu kimi xətaların qarşısını almaq mümkündür. Misal olaraq, kibertəhlükəsizlikdən (Kibertəhlükəsizlik – kompüterlərin, serverlərin, mobil qurğuların, elektron sistemlərin, şəbəkələrin və məlumatların ziyankar hücumlardan qorunması) istifadə edə bilərsiz. İnsanlar gərək kibertəhlükəsizlik barəsində oxusunlar, məlumat alsınlar. Bütün banklarda təhlükəsizlik kodu mövcuddur. Bu kodla yanaşı istifadəçi parollarını, şifrələrini qorumalı, bacardığı qədər gizli tutmalıdır”.

Mövzu ilə bağlı açıqlama verən Orxan Baxışlı isə Yenicag.az-a açıqlamasında bildirib ki, məhsuliyyət hər iki tərəfin üzərinə düşür.

“Müştəri öz məlumatlarını qarşı tərəfə ötürməməlidir. Əgər müştəri öz şəxsi məlumatlarını reklam saytlarında və ya digər sosial şəbəkələrdə açıq-aşkar bildirirsə, bu zaman qarşı tərəfə şans vermiş olur, yəni belə halda kart hesabından pullar mənimsənilir. Bundan əlavə, xarici nömrələrdən müştərilərə zənglər edilir. Müştəridən plastik kartın nömrəsi soruşulur. Gərək müştəri həmin an öz məlumatlarını qarşı tərəfə ötürməsin.

Bank istifadəçiləri öz telefonlarında 3D təhlükəsizlik funksiyasını da aktivləşdirməlidirlər ki, kartlarından pul çıxarılan kimi doğrulama kodu birbaşa mesaj bölməsinə getsin. Post terminallarda 100 manatı keçəndə kod tələb olunduğu, istifadəçi öz istifadə etdiyi kartın bankı ilə danışıb onlayn alış–verişlərdə də müəyyən limit qoyulmasını tələb edə bilər.

Banklara gəldik də isə, istər yerli, istərsə də digər banklar mütləq şəkildə müasir texnologiyalaşdırılmış avadanlıqlardan istifadə etməlidir. İyirmi dörd saat onlayn monitorinqlər keçirilməlidir. Banklar öz müştərilərini təhlükəsizlik üçün mesaj formasında və yaxud öz sayt reklamlarında mütləq məlumatlar ötürməklə maarifləndirməlidir. Bu cür problem yaşandıqda bankın öz nüfuzuna xələl gəlmiş olur”.

Lamiyə Dərgah

www.yenicag.az

977
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv