Paytaxtda müşahidə olunan faktiki hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi endirilib.
Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumata görə, paytaxtın digər küçə və prospektlərində isə nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə olunur.
Agentlik bir daha hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir: “Sürücülərdən xahiş edirik ki, meterioloji amilləri nəzərə alıb sürət həddinə əməl etsinlər”.
Qeyd edək ki, adi günlərdən fərqli olaraq şəhər yollarına və müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb.