Diqqət ƏSKİKLİYİ: Yaddaşınız zəifdirsə… – ARAŞDIRMA

Bəzən bir layihəyə və ya dərsə nə qədər köklənsək də, yetəri qədər diqqət ayıra bilmirik. Dövrümüzdə iş rejimi, dərslər və s. məsuliyyətlər o qədər ağırlaşıb ki, insanlarda yaddaş zəifliyi yaranıb. Buna görə də yaddaşı gücləndirən müəyyən vasitələrdən istifadə edilməsinə ehtiyac yaranır.

Yenicag.az beyinin xatırlama instinktini gücləndirən 5 metodu təqdim edir:

Eyni anda bütün hissləri işə salmaq insan beynini ən işlək edən metodlardan biridir. Məsələn, qəhvə içərkən həm də o prosesi beyninizdə canlandırsanız, dərhal yaddaşınıza həkk olacaq. Bir nümunə ilə desək, öyrəndiyimiz bilgilərin böyük qismi məktəb vaxtından formalaşır. Çünki bütün hadisələr həm yazılı, həm də vizual şəkildə yaddaşımızda qalır.

İkinci metod isə, hekayələr qurmaqdır. Beyin məntiq üzərində formalaşıb. Bir-biriylə əlaqəsiz məlumatları yadda saxlamağın ən asan yolu onlara aid hekayələr uydurmaqdır. Məsələn, 3 fərqli maşınınız var və hamısının qeydiyyat nişanı ayrı-ayrılıqda yadda qalmır. Əgər hər avtomobilə aid fərqli hekayə qursanız, onlarla olan xatirələri yadda saxlasanız, avtomatik nömrələr də yadda qalacaq.

Daha böyük kompüter ekranlarından istifadə edin. Kiçik ekranlı noutbuklarda ard-arda bir neçə pəncərə açılır. Bu da əsas olan məlumatın diqqətdən yayınmasına səbəb olur.

Öz beyin xəritənizi yaradın. Bu üsul ilk dəfə 16-cı əsrdə kəşf edilib. Xatırlamalı olduğunuz nüansları kodlaşdırın və ya nömrələyin. Məsələn, getməli olduğunuz yerləri adları ilə yox, lokasiya ilə xatırlayın.

Beyninizi test edin. Bir cədvəl tutun və onu hər gün yeniləyin. Həmin cədvəldə gün ərzində edəcəklərinizi yazın. Bİr müddətdən sonra görəcəksiniz ki, artıq cədvələ ehtiyacınız olmadan özünüz əzbərləmisiniz.

Şahanə Paşa