Diqqət! Estetik əməliyyatlar zamanı bu riskləri gözə alın

Türkiyənin Adana şəhərində universitet tələbəsi 24 yaşlı Leyla Sonmez burun əməliyyatından sonra həyatını itirib.

Yenicag.az “azmedia.az” istinadən xəbər verir ki, bu hadisədən sonra hər kəsin beynində burun əməliyyatının riskli olması ilə bağlı sual işarəsi yaranıb. İstanbul Universiteti müəllim kollektivindən olan dos. Dr Semih Bağhaki burun əməliyyatından sonra ölüm riskinin yox dərəcəsində olduğunu qeyd edərək, əməliyyat öncəsi edilməli olanlardan danışıb.

Gənc qızın əməliyyatdan sonra vəziyyəti pisləşmiş, iç orqanları zədələnmişdi. O, komaya düşdükdən 5 gün sonra həyatını itirib.

Bəs burun əməliyyatları risklidirmi?

İstanbul Universiteti müəllim kollektivindən olan dos. Dr Semih Bağhaki Türkiyənin xəbər saytı Haberturk-ə danışıb: “Burun əmliyyatından sonra ölüm riski demek olar ki yox dərəcəsindədir, demək olar ki, çox nadir hallarda baş verir. Bu halların baş verməsinin əsas səbəbini müəyyənləşdirmək üçün bir sıra tibbi  yoxlanışlar aparılmalıdır. Rinoplasti olaraq adlandırılan burun əməliyyatları anesteziya ilə aparılır, anesteziya qəbulu sağlamlıq durumu yaxşı olan pasientlərə icazəlidir”.

Əməliyyat öncəsi nələrə diqqət edilməlidir?

“Xəstə keçmiş və hazırki sağlamlıq durumunu həkimi ilə paylaşmalıdır. Əməliyyatdan öncə istifadə olunan dərman preparatları, daha öncə keçirilən xəstəlik və əməliyyatlar haqqında danışılmalıdır. Əməliyyat zamanl bu hallar nəzərə alınmalıdır”.

COP29