Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Diqqət! Heydər Əliyev prospekti bağlanır

90160Bu gün saat 22:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospekti yan yollarda nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Yenicag.az xəbər verir ki, buna səbəb göstərilən müddət ərzində Heydər Əliyev prospekti yan yollarda, prospektin Heydər Əliyev Mərkəzinin qarşısından “Böyük Şor”yol qovşağınadək olan hissəsində hər iki hərəkət istiqaməti üzrə yolda üfüqi nişanlanma xətlərinin rənglənməsi işlərinin aparılmasıdır.

Sürücülər Heydər Əliyev prospektinin əsas yolundan istifadə etməklə hərəkətlərinə maneəsiz şəkildə davam edə biləcəklər.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir və müvəqqəti narahatçılığa görə üzr istəyir.

www.yenicag.az

94