!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏT! Kolleclərə qəbulun nəticələri açıqlandı

!Reklam – Yazi

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) Yenicag.az-a verilən məlumata görə, DİM ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini avqustun 6-da saat 14:15-dən etibarən internet səhifəsində yerləşdirib.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında məlumat

Təhsil forması Qəbul planı Qəbul olunub Qəbulolma
Azərbaycan bölməsi Rus
bölməsi
Bölmələr üzrə cəmi faizi
Dövlət ödənişsiz 4360 4113 144 4257 97.64
Dövlət ödənişli 5131 4659 92 4751 92.59
Özəl 715 673 14 687 96.08
Cəmi 10206 9445 250

9695 94.99

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında məlumat (xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə)

Təhsil forması Qəbul planı Qəbul olunub Qəbulolma
Azərbaycan bölməsi Rus
bölməsi
Bölmələr üzrə cəmi faizi
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar 8482 8104 204 8308 97.95
Xüsusi qabiliyyət tələb edən ixtisaslar 1724 1341 46 1387 80.45
Cəmi 10206 9445 250 9695 94.99

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar 2019-cu il avqustun 8-dən 23-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə qəbul olduqları təhsil müəssisəsindən məlumat əldə edə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcəkdir.

www.yenicag.az

1354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv