DİQQƏT! Koronavirus ailələri təhdid edir – Boşanmalardan XİLAS YOLU

Koronavirusun geniş yayılması səbəbindən ailələr evdə vaxt keçirmək məcburiyyətindədir.

Bəs könüllü ev karantini və sosial məsafə nikaha necə təsir edir?

Bununla bağlı xəbərlər o qədər də ürəkaçan deyil.

Yenicag.az xəbər verir ki, Çində və ABŞ-da Covid-19 virusu səbəbindən uzun müddət evdə qalan cütlüklər arasında boşanmaların sayının artdığı bildirilir.

Evdə təcrid olunmuş şəkildə keçirdiyiniz vaxt olduqca stresli bir prosesdir. Bu proses qəzəb, qarışıqlıq və travmadan sonrakı stress əlamətləri kimi bir çox psixoloji problemə səbəb ola bilər. Karantin müddəti uzandıqca, insanların canı sıxılır, virus səbəbindən qorxu hissi artır. Xüsusilə, maliyyə qaynaqlarının itirilməsi, evdə kifayət qədər qida məhsulları və gigiyena vasitələrinin olmaması, yanlış məlumatlar karantin prosesinin zehni sağlamlığa mənfi təsirini gücləndirir.

Qapalı və kiçik məkanda, stresli bir mühitdə uzun müddət birlikdə olmaq həm müsbət, həm də mənfi nəticələrə səbəb olur. Zəif ünsiyyəti olan cütlüklər bu prosesdən daha çox təsirlənə bilər. Sevən cütlükləri belə bir çətin dövrdə bir-birlərinin vərdişləri və davranışları getdikcə daha çox narahat edə bilər ki, bu da dözümlülüyü azaldar. Zəif ünsiyyət bacarığı, həddən artıq tənqid və bir-birini qiymətləndirməməyə meylli cütlüklər üçün bu proses dağıdıcı nəticələrə səbəb ola bilər.

Bəs xoşbəxt evliliyi davam etdirmək üçün bu müddət ərzində streslə necə mübarizə apara bilərik?

Evdə olmaq bəziləri üçün can sıxıntısı, digərləri üçün azadlığın əlindən alınması, həmişəkindən daha çox yorulmaq və ya həmişəkindən daha çox yemək deməkdir. Bu müddətdə sizi xoşbəxt edən və zövq verən işlərlə məşğul olmaq çox vacibdir.

Divanda uzanmaq və gün boyu xəbərləri dinləmək, həm ölkədə, həm də dünyada virus haqqında məlumatları izləməkdən qaçmaq lazımdır.

Evdə uzun müddəti birlikdə keçirən cütlüklər bu stresli dövrdə bir-birlərinə sevgisini ifadə etməli və nəvaziş göstərməlidir. Xüsusilə, münaqişə zamanında bir-birlərinə anlayış göstərməlidirlər.

Karantin müddətində ailələr kitab oxumaq, film izləmək, evdə dəyişiklik etmək, yeni reseptlər sınamaq kimi işlərlə məşğul olmalıdırlar. Cütlüklər birlikdə və ya müstəqil olaraq vaxtlarını maraqlı edə bilərlər.

Evdə vaxtın tənzimlənməsi həm psixi sağlamlığımız, həm də həyat yoldaşımızın zehni sağlamlığı üçün faydalı olacaq. Ancaq qərarlarımızı həyata keçirə bilmədiyimiz zaman, bunun üçün başqasını günahlandırmağa və münaqişə etməyə meyllənə bilərik. Başqasını bizi kifayət qədər motivasiya etmədiyi üçün günahlandıra bilərik.

Belə hallarda başa düşmək lazımdır ki, ailə olmasına baxmayaraq, hər bir ailə üzvünün fərqli ehtiyacları, stresə müxtəlif reaksiyası ola bilər. Bunu anlayışla qarşılamaq lazımdır.

Bütün bunları nəzərə alaraq, həyat yoldaşınız və ya övladınız üçün deyil, özünüz üçün konkret bir qərar qəbul edin.

Aslı İsmayılzadə