DİQQƏT! Nazirliyin işində yaranmış problem aradan qaldırıldı – YENİLƏNİB

“814 Çağrı Mərkəzində yaranan texniki problem artıq aradan qaldırılıb”.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vətəndaşlar sərbəst şəkildə müraciət edə bilərlər.

**

13:00

“Xətlərdə yaranan texniki nasazlıq səbəbindən 814 çağrı mərkəzi müvəqqəti olaraq işləmir”.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, problem gün ərzində aradan qaldırılacaq:

“Vətəndaşlardan 9103 qaynar xətti ilə əlaqə saxlamaları xahiş olunur”.