DİQQƏT! Peşə təhsili müəssisələrinə sənəd qəbulu başladı

2020-2021-ci tədris ili üçün peşə təhsili müəssisələrinə sənəd qəbulu 10-24 avqust tarixlərində aparılacaq.

Yenicag.az-ın məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib

Onun sözlərinə görə, sənəd vermək istəyən namizədlər elektron qaydada qeydiyyatdan keçəcəklər. Sənəd vermək istəyən namizədlər ümumi orta və tam orta təhsil pilləsini bitirən şəxslər ola bilərlər. Sənəd qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılacaq.

P.Yusifov bildirib ki, yeni tədris ilində ilk dəfə olaraq, işəgötürənlərlə birgə ikili proqram tətbiq olunacaq. Bu il yüksək texniki peşə dərəcəsi (subbakalavr) üzrə də tələbə qəbulunun aparılması nəzərdə tutulur.