Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİQQƏT! Qeydiyyat başa çatır

Oktyabrın 12-də müəllimlərin işə qəbulu üzrə növbəti yerləşdirmənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlərin qeydiyyatı başa çatır.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, namizədlər bu gün saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Qeyd olunan vaxtadək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaqlar.

Qeyd edək ki, sözügedən mərhələdə 4 157 vakant yer müsabiqəyə çıxarılıb və 730 nəfər namizəd vakant yer tutub.

www.yenicag.az

130