Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİQQƏT! Qeydiyyat sabah başa çatır

Ali təhsilin magistratura səviyyəsi üzrə II turda uğur qazanmış şəxslərin (Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmiş əlavə yerləşdirmə çərçivəsində ixtisas seçimində uğur qazanmış) elektron qaydada təhsil müəssisələrinə qeydiyyatı davam edir.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, qeydiyyat prosesi 24 avqust saat 23:59-da yekunlaşacaq.

Müraciət üçün https://portal.edu.az/ portalında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, sosial güzəşt üçün məlumatların təqdim edilməsi və təhsil haqqının icra edilməsi mümkün olur.

www.yenicag.az

150
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100