Diqqət! Qəza bu prospektdə sıxlıq yaratdı – FOTO

Heydər Əliyev prospektində baş vermiş qəza həmin istiqamətdə tıxacın yaranmasına səbəb olub.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb. Bildirilib ki, qəza “Şəfa” stadionu yaxınlığında, şəhər istiqamətində əsas yolda qeydə alınıb.

Bu səbəbdən hazırda Bağırov körpüsü istiqamətində sıxlıq müşahidə olunur.