Sabah Bakıda küləyin sürəti 15-20 m/s-ə çatacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib.
Bildirilib ki, mayın 27-də, günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-şərq küləyi güclənəcək:
“Mayın 27-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s-dək güclənəcəyi gözlənilir”, – Xidmət diqqətə çatdırıb.