Şimal RETSİ-nin xidməti ərazisinə daxil olan Xızı rayonunun 35/10 kV-luq yarımstansiyasında yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə aparılan təmir işləri ilə əlaqədar sabah günün müəyyən saatlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir./Trend/