Sabah Siyəzən və Xızı rayonlarının kiçik bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumata verilib.
Bildirilir ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Yaşma-Siyəzən” Magistral Qaz Kəmərində (MQK) görüləcək təmir işləri ilə əlaqədar, noyabrın 23-də saat 10:00-dan 17:00-dək “Yaşma-Siyəzən” MQK-dən qidalanan “Giləzi” QPS-dən və digər ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Siyəzən rayonunun Candahar, Qara Siyəzən və Zarat kəndlərinin, Xızı rayonunun Giləzi və Şorabad qəsəbələrinin, Hərbi şəhərcik yaşayış massivinin, Məşədi Həsən, Sitalçay və Yeni Yaşma kəndlərinin, eləcə də Magistral Qaz Kəmərindən qidalanan qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.