DİQQƏT: Sabah meteohəssas insanlarda narahatlıq yarana bilər

Mayın 15-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.

Bu barədə Yenicag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bildirilib ki, mayın 15-də Abşeron yarımadasında küləkli və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.