Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Diqqət! Sabah Türkiyədəki Konstitusiya referendumunu Yeniçağ.az-da izləyin  

Yeniçağ.Az Türkiyədə aprelin 16-da keçiriləcək Konstitusiya referendumunda səsvermə prosesinin gedişini və nəticələrin hesablanmasını operativ şəkildə işıqlandıracaq.

Azərbaycanla yanaşı, Türkiyənin də gündəmini daim diqqət mərkəzində saxlayan Yeniçağ.az saytı qardaş ölkədə sabah baş tutacaq Referendumun işıqlandırılması üçün xüsusi qrup yaradıb.

Qeyd edək ki, səhər saatlarından etibarən Yeniçağ.Az Türkiyədə səsvermə prosesi və seçici fəallığı ilə bağlı məlumatları operativ şəkildə təqdim edəcək.

Eyni zamanda, sabah Yeniçağ.az saytında Türkiyənin və Azərbaycanın tanınmış siyasətçi və politoloqlarının səsvermənin gedişatına dair fikirləri ilə də tanış ola bilərsiniz.

Yeniçağ.Az

www.yenicag.az

600