Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİQQƏT! Sabahdan bu avtobuslarda gedişhaqqı kartla olacaq

25.08.2021-ci il tarixindən 165 nömrəli marşrut xətti (Mehdiabad qəs (Qarant Yaşayış Kompleksi) – A.M.Şərifzadə küç) üzrə hərəkət edən avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Binəqədi qəs. (Binəqədi Gənclər Şəhərciyi)
Binəqədi qəs (C.Cabbarlı küç. yaxınlığı)
Binəqədi qəsəbə mərkəzi
Binəqədi qəs. (“Muxtar” marketin yaxınlığı)
Binəqədi qəs. (Novxanı yolu)
Binəqədi şos. (Svetoforun yanı)
Rəsulzadə qəs. (Park)

www.yenicag.az

171
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100