!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏT! Şəxsi yazışmalarınız izlənilir – VİDEO

!Reklam – Yazi

“Mesajlaşma proqramlarında şəxsi yazışmalar oxunurmu?” sualı son zamanlar ən aktual mövzulardan birinə çevrilib.

Yenicag.az xəbər verir ki, “Günə doğru” verilişində müəmmalı formada insanların yazışma proqramlarında yazdığı sözlərə uyğun reklamların sonradan istifadəçilərin qarşına cıxmasına dair reportaj hazırlanıb.

Məsələn “Messenger”də kiməsə “mən filan markalı smartfon alacam” yazırsansa bir müddət sonra həmin markanın reklamı sizə göndərilir. Bu nə deməkdir və necə baş verir?

İT mütəxəssis Rəşad Əliyev məsələyə münasibət bildirib:

“Əslində bu tip məlumatların verilməyi sosial mühəndislik adlanır. Yəni, sənin özünün xəbərin olmadan paylaşdığın məlumatların mənimsənilməsi və generasiyası prosesi gedir. Bu tip hallara dünyada çox rast gəlinir”.

Ona görə də proqram yükləyərkən sizdən müəyyən icazələri istənilir. Siz də oxumadan hər şeyi qəbul edirsiz. Bununla da həmin proqramlar sizin məlumatlarınızdan, yazışmalarınızdan açar söz kimi istifadə edə bilər.

Proqramçı Orxan Rza: “Bu da sonradan təhlükə yaradır. Çünki, bütün informasiyalar toplanır, sonradan istər spam mesajlar olsun, istər digər kontentlər olsun, sizə göndərilir. Bu tip proqramları yükləməklə siz təkcə özünüzə yox, həm də telefonunuzda olan başqa insanların məlumatlarını da təhlükə altında qoyursuz”.

Çünki, istənilən yazışma proqramı bir birinə e-mail ünvanı və mobil nömrələrlə əlaqəlidir. Bununla hətta sizin telefonunuzda olan digər nömrələrə də belə reklam mesajları və ya spamlar gedə bilər.

Sosioloq Rəşad Əsgərov: “Bu məsələdə insanlarda müəyyən qədər çaşqınlıq hissi yaranır. Bununla da həmin şəbəkələrdən istifadə edən insanların sayı azalır. Sosial şəbəkələrdən istifadə edənlər qəliz kodlar və identifikasiya sistemi ilə məlumatların oğurlanmasının qarşısını ala bilərlər”.

Yazışma proqramlarında vaxtilə kiməsə yazdığınız sözə uyğun olaraq reklam mesajlarının gəlməsinin qarşısının alınması isə çətindir.

www.yenicag.az

5048
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv