Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİQQƏT! "Sputnik V” vaksinindən istifadəyə başlanılır - Sabahdan

Mayın 18-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlar Rusiya istehsalı olan “Sputnik V” vaksinindən də istifadə edə biləcəklər.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Yenicag.az-a verilən birgə məlumata görə, həmin vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanacaq.

18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Qeyd edək ki, “Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb.

Loading...

www.yenicag.az

182
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100