Diqqət! Şura işçi qəbulu elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi beynəlxalq əlaqələr üzrə məsləhətçi vəzifəsinə işçi qəbulunu elan edir.

İşçi üçün tələblər:
1. Vəzifə öhdəlikləri cavabdehlikləri

Məsləhətçi aşağıdakı işləri yerinə yetirəcək:
• Xarici QHT-lərdən Şuraya daxil olan layihələri araşdırır və müvafiq arayışlar hazırlayır;
• Şuraya daxil olan sənədləri tərcümə edir və rəhbərliyə təqdim edir;
• Şuranın maliyyələşdirdiyi xarici QHT-lərin layihələrinə nəzarəti həyata keçirir və onları monitorinq edir;
• Şuranın maliyyələşdirdiyi xarici QHT-lərin layihələrinin icra vəziyyəti və ona təhkim olunan digər məsələlərlə əlaqədar hesabat hazırlayır;
• Monitorinq hesabatlarını hazırlayır və rəhbərliyə təqdim edir;
• Şuranın iştirakı ilə keçirilən beynəlxalq tədbirlər və görüşlər barədə mətbuat üçün məlumatlar hazırlayır;
• Şuranın maliyyələşdirdiyi xarici layihələr üzrə keçirilən tədbirləri yüksək səviyyədə təşkilini təmin edir;
• Şuranın beynəlxalq konfranslarının təşkilati işlərini yerinə yetirir;
• Beynəlxalq əlaqələr üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirir;

2. Bacarıqları
• Ali təhsilli olmalı;
• Azərbaycan, rus və ingilis dilini səlis bilməli;
• QHT işində təcrübəsi olmalı;
• Beynəlxalq əlaqələr üzrə iş təcrübəsi olmalı;
• Layihə idarəetmə, monitorinq və hesabat hazırlama bacarıqları olmalı;
• Microsoft office proqramı üzrə bacarıqları olmalı;
• Sənədləşmə və təşkilati bacarıqları olmalı;
• Yüksək ünsiyyət bacarıqları (yazılı və şifahi) olmalı.

3. Müraciət forması və ünvan:
Müraciət məktubu və ərizəni Azərbaycan dilində Bakı şəhəri, Fikrət Əmirov 1 ünvanında yerləşən Şuranın ofisi və ya [email protected] elektron poçt ünvanına göndərmək lazımdır. Ərizələrin qəbulu üçün son tarix 15 fevral 2017-ci ildir.

Qeyd: Yalnız ilkin seçim mərhələsini keçən namizədlər müsahibəyə dəvət olunacaq.