Bakı-Ələt yolunda sürəti bildirən yol nişanı düzgün yerdə quraşdırılmadığı üçün sürücülər onu görə bilmir.
Yenicag.az Avtosfer.az-a istinadla xəbər verir ki, sözügedən yolun 14-cü kilometrində (Socar yanacaqdoldurma məntəqəsinin yanında) hərəkət sürətini 90 km/saatdan 70 km/saata endiriblər. Lakin nişan düzgün yerdə quraşdırılmadığı və qarşıda təkrarlanmadığı üçün, yanacaqdoldurma məntəqəsinə daxil olan və oradan çıxan sürücülər həmin nişanı görmür. Buna görə də həmin istiqamətdə hərəkət edən sürücülər 90 km/saat sürətlə hərəkət edirlər.