Diqqət: “Tinder ovçuları” yenidən aktivləşdilər

Azərbaycanda “Tinder ovçuları” dələduzluğu yenidən aktivləşib.

Yenicag.az xəbər verir ki, bu barədə İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, “Tinder” sosial şəbəkəsində Azərbaycana yeni gəldiklərini iddia edən xanımlar oğlanlarla tanış olur:

“Onlar görüş üçün oğlanlara bilet almağa saxta film saytı göndərirlər. Bu linklər isə yerli kinoteatr saytlarının kopyası olur və fişinqdir. Bu vasitə ilə dələduzlar kartdan bütün pulları çəkir”./axar.az