Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİQQƏT! Uşaqlarımız “odla" oynayır – VİDEO

Uşaqlarımıza aldığmız oyuncaqlar hər an onlar üçün təhlükə mənbəyi ola bilər. Bu səbəbdən oyuncaq alarkən bəzi məqamlara diqqət yetirməliyik.

Yenicag.az bildirir ki, əslində oyuncaq alarkən valideynlər onun kefiyyət göstəricilərinə mütləq diqqət etməlidirlər. Çünki söhbət uşaqlarının sağlamlığından gedir.

Bu barədə  ARB TV-nin Günə doğru proqramı sujet hazırlayıb.

Müasir dövrdə o qədər maraqlı və rəngarəng oyuncaqlar var ki, nəinki uşaqların, hətta böyüklərin də diqqətini çəkir. Bəs biz bu oyuncaqlar barədə nə dərəcədə məlumatlıyıq? Onların dermatoloji baxımdan uşaqlara hansısa zərərləri olurmu?

Mütəxəssislər həyəcan təbili çalır: keyfiyyətsiz, hardan gətirildiyi məlum olmayan oyuncaqlar təhlükə saçır. Bu cür oyuncaqların hazırlandığı materiallar, onların rənglənməsi üçün istifadə edilən kimyəvi boyaq maddələri azyaşlılarda bir sıra allergik reaksiyalar səbəb ola bilir.

Dermatoveneroloq İbrahim Rzayev: “Daha çox plastik materiallardan hazırlanmış oyuncaqlar dəridə allergik kontakt dermatitlərin yaranmasına təkan verə bilir. Həmin oyuncaqların dəri ilə təmas bölgələrində qızartı və hətta qaşınan düyüncük və suluqcuqlarla özünü biruzə verə bilir”.

“Plastik oyuncaqlar və yumşaq xarakterli örtüyə malik olan oyuncaqlardan daha çox qaçılmalıdır. Bunu bütün valideynlərə tövsiyyə edirik. Amma son dönəmlərdə daha çox taxta və yaxud buna bənzər materiallardan hazırlanmış oyuncaqlar var ki, nisbətən sağlığımız üçün təhlükəli sayılmaya bilir”, – dermatoveneroloq qeyd edib

Oyuncaqlarla təmas körpə yaşlarından başlayır. Uşaqlar əllərinə keçən oyuncaqları ağızlarına aparmaqda maraqlıdırlar. Bunu nəzərə alsaq, istər dişləri qaşımaq üçün, istərsə də oynamaq üçün plastik oyuncaqlara daha çox üstünlük verilir. Amma qeyd edək ki, daha ucuz satışa buraxılan plastik oyuncaqlar xərçəng riskini artırır. Oyuncaq alarkən diqqət etməli olduğumuz nüanslara gəlincə.

Bir sözlə, mövzu uşaqlardırsa kəmiyyətə deyil, keyfiyyətə önəm vermək ən vacib amillərdəndəndir. Oyuncaq alarkən onun daha ucuz olmasına, iriliyinə, cəlbediciliyinə, uşağın istəyinə deyil, keyfiyyəti və uşağın sağlamlığına təsirini düşünmək vacibdir.

www.yenicag.az

2093
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100