DİQQƏT! Vakansiya seçimi başa çatır

Avqustun 13-də biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi yekunlaşır.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər bu gün saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.