DİQQƏT: Vaksin vurdurmaq orucu pozurmu? – İlahiyyatçıdan VACİB AÇIQLAMA / VİDEO

Pandemiya dönəminə təsadüf etdiyindən bir çox insanlar Ramazan bayramında peyvəndin orucu batil etməsindən narahatlıq hissi keçirir. Həqiqətən vaksin orucu pozur?

Yenicag.az-a açıqlama verən ilahiyyatçı Yaşar Qurbanov məsələyə aydınlq gətirib. O, narahatlığa əsas olmadığını bildirib:

“İslam fikhinə görə vitamin olmayan və dərialtı əzələyə vurulan iynələr orucu pozmur, qidalandırıcı deyil. Vaksin də bu qisim iynlərdən sayılır və orucu batil etmir. Narahatlığa heç bir əsas yoxdur. İnsanlar rahat-rahat vaksinlərini vurdursunlar”.

Cəvahir