DİQQƏT: “WhatsApp” bu tarixdə bəzi smartfonlardan silinəcək

WhatsApp mobil operatoru oktyabrın 24-də köhnəlmiş smartfonlarda deaktiv ediləcək.

Yenicag.az xəbər verir ki, tətbiq 2012-ci ilin sentyabrında buraxılmış “iPhone 5” və “iPhone 5C” smartfonları tərəfindən istifadə oluna bilməyəcək.

Qeyd edək ki, adıçəkilən modellərin istehsalı müvafiq olaraq 2013-cü ilin payızında və 2015-ci ilin sentyabrında dayandırılıb. İstifadəçi xidmətdən istifadəni davam etdirmək istəyirsə, o, yeni, daha müasir cihaz almalı olacaq./Unikal/